Xəzər Xəbər

Dünyanın gözlədiyi serial rekord qırdı

Şou Biznes | 12:53 • 16 Aprel 2019
Dünyanın gözlədiyi serial rekord qırdı

"Taxt oyunları” serialının son mövsümünün ilk seriyasına ABŞ-da 17 milyondan çox insan baxıb.

Kult.az xəbər verir ki, bu barədə "Röyter” yazıb.

Serialın yayımlandığı HBO telekanalının məlumatına görə, sözügedən göstərici bu cür seriallar üçün rekord göstəricidir.

Qeyd edək ki, "Taxt oyunları”nın final mövsümünün premyerası serial tarixində sosial şəbəkələrdə ən çox haqqında bəhs edilən hadisə olub. Belə ki, həftə sonu bu mövzu barədə 5 milyon tvit atılıb.

Xəbər lenti