Xəzər Xəbər

Ölümdən dönən müğənni: “Bunu etməli idim”

Şou Biznes | 14:53 • 19 Mart 2019
Ölümdən dönən müğənni:

Ötən il həddən artıq miqdarda narkotik maddə qəbul etdiyi üçün xəstəxanaya yerləşdirilən və ölümdən qayıdan amerikalı müğənni Demi Lovato qəribə etiraflar edib.

XəzərXəbər ölkə.az-a istinadən bildirir ki, müğənni peşman olmadığını deyib. "Peşman deyiləm, çünki bunları etməli idim", - Lovato bildirib.

26 yaşlı ulduz müğənni deyib: "Peşman deyiləm, bunları etməli idim. Amma nə olduqlarını əsla unutmamalıyam, hamısı bir səhv idi. Əgər hələ nəfəs alırsınızsa, deməli buna layiqsiniz. Vərdişlərimlə bağlı hər zaman səhvlərimi boynuma aldım. Öyrəndim ki, bu xəstəlik bir müddət sonra yox olan və ya azalan bir şey deyil. Mübarizə etmək məcburiyyətindəyəm və mübarizəmi başa vurmamışam".

Xəbər lenti