Xəzər Xəbər

“Netflix” şirkətindən yeni rekord

Şou Biznes | 14:27 • 11 Fevral 2019
“Netflix” şirkətindən yeni rekord

"Knock Down the House” filmi "Kickstarter” platformasında bir layihə kimi başlanıb.

"Netflix şirkəri” 2018-ci ilin aralıq seçkilərində qalib gələrək ABŞ Konqresinə seçilmiş ən gənc qadın olan Aleksandriya Okasio-Kortes haqqında "Knock Down the House” adlı sənədli filmə müəlliflik hüquqları üçün 10 milyon dollar ödəyərək bütün rəqiblərini qabaqlayıb.

Filmdə Demokratlar partiyasının üzvləri olan 4 qadının – Missuri ştatından Kori Buş, Nevada ştatından Emi Vilela, Virciniyadan Paule Jan Suarengin və Nyu-York ştatından 29 yaşlı Aleksandriya Okasio-Kortesin seçkiqabağı kampaniyasından bəhs edilir.

Həmin seçkilərdə yalnız Aleksandriya Okasio-Kortes qalib gələrək ABŞ tarixində ən gənc konqresvumen olub. Amerika KİV-lərində verilən məlumata görə, bu məbləğ indiyə qədər kinofestivalda sənədli film üçün alınmış ən iri məbləğdir. Filmin rejissoru Reyçel Lirs bu lenti 2016-cı il prezident seçkilərində Trampın qələbəsindən sonra çəkməyə başlayıb və 120 filmi geridə qoyaraq "Sundance Festival Favorite Award” mükafatına layiq görülüb.

"Knock Down the House” filmi "Kickstarter” platformasında bir layihə kimi başlanıb. Adətən bu platformada həyata keçirilən layihənin rəhbəri özünün yaradıcılıq, elmi və istehsalat layihələrini reallaşdırmaq üçün pul vəsaitləri cəlb edir. Liris öz səyləri sayəsində çəkiliş üçün cəmi 28.111 dollar toplaya bilib, amma film başa çatandan sonra 11 milyon dollar alıb.

Demokratlar partiyasının ABŞ-ın gənc əhalisi arasında populyar nümayəndəsi olan Okasio-Kortes Prezident Trampı və onun ətrafındakı insanları kəskin tənqid edənlərdən biridir.(AZƏRTAC)

Xəbər lenti