"Eurovision-2019” müsabiqəsində Böyük Britaniyanı Maykl Rays təmsil edəcək.
Xezerxeber.az xəbər verir ki, BBC kanalında keçirilən ictimai səsvermənin qalibi 21 yaşlı müğənni Maykl Rays olub. O, Tel-Əvivdə təşkil edilən müsabiqədə İngiltərəni təmsil edəcək. Müğənninin ifasında "Bigger Than Us” (bizdən daha böyük) mahnısı səsləndiriləcək.