Xəzər Xəbər

Hülya Avşar ərə gedir: “Beləsi yoxdur” FOTO

Şou Biznes | 14:12 • 8 Fevral 2019
Hülya Avşar ərə gedir: “Beləsi yoxdur”

54 yaşlı məşhur müğənni, aktrisa və aparıcı Hülya Avşar keçmiş həyat yoldaşı Kaya Çilingiroğluna yenidən ərə getmək istəyir.

Bir neçə gün əvvəl K.Çilingiroğlunun instaqramda paylaşdığı fotoya "yaraşıqlı” yazan Hülya Avşar jurnalistlərin suallarını cavablandırıb. Hülya Avraş Kaya Çilingiroğluna olan hisslərini belə ifadə edib:

"Kaya xarizmatik və xoş geyinir. Türkiyədə onun kimisi yoxdur”.

Daha sonra ulduz "Keçmiş həyat yoldaşınızla yenidən evlənərsiniz” sualına təəccübləndirən bir cavab verib:

"Yaxşı, böyük bir şey olsa... Bir təkqaş üzüyə baxar. Özünə baxır, idmanını edir. Dolu-dolu bir adamdır. Onunla hər şey haqqında danışa bilərsən... Beləsi ətrafda çox az var, hətta yoxdur. Hər şey zaman və qismət məsələsidir".

Qeyd edək ki, cütlüyün 22 yaşlı bir qızı var./publika.az






Xəbər lenti