Xəzər Xəbər

Aras Bulut İynemli “Çukur”dan gedir

Şou Biznes | 13:12 • 5 Fevral 2019
Aras Bulut İynemli “Çukur”dan gedir

Azərbaycanda da maraqla izlənən "Çukur” serialının baş qəhrəmanı Aras Bulut İynemlinin "Çukur” serialından gedəcəyi iddia olunur.

Məşhur aktyorun "bədəlli əsgərlikdən” istifadə edərək vətən borcunu yerinə yetirmək üçün əsgərliyə gedəcəyi iddia edilib.

"Çukur” serialında canlandırdığı Yamac Koçovalı xarakteri ilə tamaşaçıların rəğbətini qazanan gənc aktyorun yaxın günlərdə hərbi xidmətə başlayacağı deyilir. Məşhur aktyorun seriala 21 gün fasilə verəcəyi bildirilib.

Qeyd edək ki, ekran işinin son bölümlərində Yamac Koçovalı vurulur. Aktyorun sonrakı səhnələrinin hamısı xəstəxanada çəkilib. Aras Bulut İynemlinin hərbi xidmətdə olduğu müddət ərzində əvvəlcədən çəkilmiş ehtiyat səhnələrindən istifadə ediləcəyi irəli sürülüb.

Məlumat üçün bildirək ki, ödənişli hərbi xidmət üçün məşhurlar 15 min lirəsindən keçməlidir. Onlar hərbi xidmətdə cəmi 21 gün olur./publika.az

Xəbər lenti