Xəzər Xəbər

Acundan Şeymaya BÖYÜK ZƏRBƏ: yaşadığı 13 milyon avroluq VİLLANI...

Şou Biznes | 16:06 • 30 Yanvar 2019
Acundan Şeymaya BÖYÜK ZƏRBƏ:

Tv8 kanalının direktoru Acun Ilıcalı Şeyma Subaşına hədiyyə etdiyi 13 milyon avroluq villanı satışa çıxarıb.

Cütlüyün boşanma protokoluna əsasən villa Acuna qalmalı idi. Odur ki, Şeyma Subaşı Acunla evli ikən yaşadığı villanı boşaltmağa və qızı ilə özü üçün daha sadə mənzil axtarışına başlayıb.

O da iddia olunur ki, Acunun evi satmasının səbəbi Şeymanın boşanma protokolunda yazılan qaydaları pozması olub. Belə ki, qaydalara əsasən Şeyma ilə Acun münasibətləri barədə heç bir açıqlama verə bilməzdi. Şeyma isə "Hurriyet”in məşhur jurnalisti Aşye Armana bu barədə geniş müsahibə verib. Odur ki, Acun bu maddəni pozan Subaşını cəzalandırmaq qərarına gəlib.

Məlumat üçün bildirək ki, Acun dəniz mənzərəli villanı Şeymaya toy hədiyyəsi olaraq almışdı./publika.az

Xəbər lenti