Xəzər Xəbər

Şeyma Subaşının YALANI ÜZƏ ÇIXDI Acun bir gecə ikinci həyat yoldaşı ilə qaldı deyə...

Şou Biznes | 14:58 • 29 Yanvar 2019
Şeyma Subaşının YALANI ÜZƏ ÇIXDI

Xəbər verdiyimiz kimi, TV8 kanalının direktoru Acun Ilıcalının bir neçə ay əvvəl ayrıldığı həyat yoldaşı Şeyma Subaşı "Hürriyet” qəzetinə müsahibə verib.

Türkiyə mətbuatı xəbər verir ki, Şeyma Subaşı Ayşe Armana verdiyi müsahibədə sevgilisinə görə özünü öldürmək istəyənləri kəskin qınayıb. O, jurnalistin "Sənin ona olan məhəbbətin bitdi” sualına belə cavab verib:

"Mənim üçün məhəbbət qızım, Allah və çəhrayı buludlardır... Məsələn, göydə çəhrayı buludlar gördüyüm zaman xoşbəxtlikdən uçuram... Dostlarım məni ələ salır, Acun da zarafat edərdi. "Bu çəhrayı buludlara aşiqəm" deyərək fəryad qoparıram. Mən günəşə də, musiqiyə də, yoldaşlarıma da aşiqəm! Böyük aşiqəm! Anama, atama, sevdiyim insanlara və gözəl şeylərə aşiqəm. Mənim üçün sevgi budur. Məni həyəcanlandıran, bağrıma basdığım şeylər... Acun da elə idi. Məhəbbət məni mənəvi cəhətdən zənginləşdirən şeylərdir. Amma uğrunda ölməli bir şey deyil! Ölmək nədir, ya! Pardon, niyə ölək? "O olmasa, yaşaya bilmərəm, özümü öldürərəm” deyirlər. Sarsaqsan? Niyə öldürürsən?”

Bu müsahibədən sonra Şeyma haqqında yeni faktlar üzə çıxıb. Məlum olub ki, Şeyma Acunla yeni tanış olduğu vaxtlarda intihara cəhd edib. Bu barədə instaqramda Magagenius adlı izləyici məlumat verib:

"Bir insanın bütün həyatının yalan olması çətin olsa gərək. Adam evliykən öz evində ikinci arvadı ilə qaldı deyə həb içib gecə yarısı intihar edən məndimmi, görəsən? Üstəlik yazıq adam gəlmək istəmədi deyə səni Esatla qardaşının xəstəxanasına göndərməyə çalışmışdı. Sonra qardaşına "Sən gedib məşğul ola bilərsən?” deyə telefon etdi. Qardaşı isə "İncimə onunla məşğul olmağa halım yoxdur” dediyi üçün məcburən özü gəldi".

Xatırladaq ki, 48 yaşlı aparıcı və prodüser 3 dəfə rəsmi nikahda olub. Onun ilk nikahından bir, ikinci nikahından isə 2 qızı var. TV 8 kanalının direktorunun 28 yaşlı Şeyma Subaşı ilə olan münasibətindən daha bir qızı var./publika.az

Xəbər lenti