Xəzər Xəbər

İntihara meylli idim - Aktrisa

Şou Biznes | 11:07 • 28 Dekabr 2018
İntihara meylli idim - Aktrisa

"Doğrudan da duyğusal cəhətdən çökdüm".

ABŞ-lı aktrisa Jada Pinkett Smith məşhurlaşdığı ilk vaxtlarda depresiyaya düşdüyünü və çox çətin vaxtlar keçirdiyini etiraf edib.

Aktrisa iştirak etdiyi verilişdə özü haqqında səmimi açıqlamalar verib.

20 yaşlarında məşhurlaşan 47 yaşlı dünya şöhrətli aktrisa "Doğrudan da duyğusal cəhətdən çökdüm. Bunun ağıl sağlamlığıma da təsir etdiyini düşündüm” deyə bildirib:

"Sonra başa düşdüm ki, əslində istədiyim bunlar deyilmiş, yanılmışam. Son dərəcə intihara meyilli hala gəldim. Belə hiss etdiyim zamanlarda anama zəng vurub duyğularımı, düşüncələrimi idarə edə bilmədiyimi deyirdim. O gündən sonra ağıl sağlığıma daha çox diqqət etməyə başladım”.

AzNews.az

Xəbər lenti