Xəzər Xəbər

Döyülən müğənni BÜTÜN HƏQİQƏTLƏRİ danışdı: “45 dəqiqə...”

Şou Biznes | 14:38 • 26 Dekabr 2018
Döyülən müğənni

Aktyor Əhməd Kural tərəfindən şiddətə məruz qalan müğənni Sıla Gençoğlu etiraf edib ki, hadisədən 5 dəqiqə əvvəl evlilik və uşaq haqqında söhbət ediblər.

XəzərXəbər publika-yaistinadən xəbər verir ki, son günlər gündəmdən düşməyən müğənni Sıla Əhməd Kuralla münasibətləri haqqında ilk dəfə tanmış jurnalist Ayşe Armana müsahibə verib:

"Öz içimdə çox getdim-gəldim. Kənardan baxmaqla, hadisənin içində olmaq, həqiqətən, bir-birindən çox fərqli şeylərdir. Beləliklə, "Şikayətçi olum, yoxsaolmayım?" deyə çox düşündüm. Mən şəxsi və iş həyatını ailəsiylə paylaşan biri deyiləm, amma bu hadisədə özümü çox yorğun, demək olar ki, ölü kimi hiss etdiyim üçün anama, atama danışdım. Daha doğrusu, anam, səsimdən bir qəribəlik olduğunu anladı və birdən içimi boşaltdım. Anam mənə qarşı çox həssasdır. Anam, atam, xalam, hətta sonda nənəmin başıma gələnlərdən xəbəri oldu. Və o andan etibarən mənə çox dəstək oldular.

Bir qadının arxasında ona sonuna qədər dayaq olan ailəsinin olması çox böyük şansdır. Mən bu günə qədər kimsədən şiddət görməmişəm. Ailəm mənə bir çırtma belə vurmayıb. Son dərəcə mədəni insanlardır. Ətrafımda də belə şeylər baş verdiyini görməmişəm. Telefonda danışdığım üçün məni görənə qədər hadisənin miqyasını tam anlamadılar. Əlbəttə ki, məni görəndə bunun itələmə olmadığını anladılar".

Sıla bildirib ki, 45 dəqiqə sevgilisinin şiddətinə məruz qalıb:

"Özünü çox pis hiss edirsən, ruhun ağrıyır. Qürurun da çox incinir. Amma özümü zərərçəkən tərəf olaraq qəbul etmədim. Utanacaq bir şey etməmişəm. Döyülmək utancverici hal deyil, utanmalı olan insan mən deyiləm. Elə vəhşi bir şeydir ki, çox qəribə hisslər yaşayırsan. Guya hamımız şiddət əleyhinəyik, elə deyilmi? Həssas insanlarıq. Mən də elə idim, hətta bir sənətkar kimi daha da həssas olduğumu zənn edirdim. Amma o hadisənin içində olmadığımız üçün bu, bizə həmişə üçüncü səhifə xəbəri kimi görünür. Mən şəxsən yaşamışam, 45 dəqiqə zərbə yedim. Biz bu şiddət hadisəsindən 5 dəqiqə əvvəl canbir qəlb idik. Evlənmək, uşaq sahibi olmaq haqqında danışırdıq. Odur ki, sonra olanlar çox pis təsir edir. Qorxunc bir şeydir! Təbii ki, çox sarsıtdı məni. Hələ də özümə gəlməmişəm, özümü ələ ala bilmirəm. Küçəyə belə çox çıxmıram".

Xatırladaq ki, məşhur aktyor verdiyi açıqlamada bildirib ki, Sıla ilə küsülü olduğu vaxt müğənni başqa kişi ilə görüşüb:

"Sıla ilə mənim münasibətim bitdikdən sonra onun Okan Can Yantar ilə əlaqəsi olub. Daha öncə bu barədə suallar verəndə, qarmaqarışıq cavablar vermişdi... Hadisə günü təkrar soruşduğum zaman münasibətləri olduğunu etiraf etdi. Bu səbəbdən də aramızda dava başladı. Sılanı evdən göndərmək istədim, ancaq getmədi. Bir-birimizin qollarından tutub sıxdıq, dəfələrlə yerə yıxıldıq. Bu zaman mən də yaralandım, belim əzildi və iki gün ayağa dura bilmədim. Amma şikayət etmədim".

Xəbər lenti