Xəzər Xəbər

Məryəm Uzerli: “Evlilik həyatını dadmaq istəyirəm”

Şou Biznes | 17:25 • 5 Dekabr 2018
Məryəm Uzerli:

Aktrisa Məryəm Uzerli ərə getmək istədiyini etiraf edib.

35 yaşlı aktrisa "Alem” jurnalına müsahibə verib. Jurnalın üz qabığına çəkilən kino ulduzu evlilik haqqında fikirlərini belə ifadə edib: "Həyatımda bir dəfə evlənsəm, xoşbəxt olaram. Bu günə qədər heç kimə qarşı belə bir şey hiss etməmişəm. Düşünürəm ki, nə zamansa özü ilə barışıq bir insan qarşıma çıxacaq. Əlbəttə, bunun bir zaman sərhədi yoxdur, amma o gözəl vəhdəti - ailə həyatını yaşamaq, dadmaq istəyirəm.

Gələcəkdə birlikdə olacağım insan dünyanın hansısa bir yerində yaşayır. Həyatın necə gedəcəyini bilmirik".

Məryəm Uzerli bildirib ki, həyatına daxil olacaq insan qızı ilə yaxşı münasibətdə olmalıdır: "Son illərdə onu kəşf etdim ki, əslində, biriylə tanış olduqdan, bir qədər vaxt keçdikdən sonra münasibət başlayır"./publika.az

Xəbər lenti