Xəzər Xəbər

55 yaşlı Tarantino gənc qadınla evləndi

Şou Biznes | 15:18 • 29 Noyabr 2018
55 yaşlı Tarantino gənc qadınla evləndi

Amerikalı məşhur rejissor Kventin Tarantino 55 yaşında ilk dəfə evlənib.

Rejissor İsrailin 35 yaşlı tanınmış müğənnisi Daniela Piklə ailə qurub. Cütülüyün toyu Los-Ancelesdə baş tutub. O, 35 yaşlı ifaçı ilə münasibətini rəsmiləşdirib. Keçən il nişanlanan cütlük "Inglorious Basterds” filminin çəkilişi zamanı tanış olublar.

Məlumat üçün bildirək ki, Tarontino bu vaxta qədər heç vaxt evli olmayıb və uşağı yoxdur. O, Sofiya Koppolu, Culi Culi Dreyfusa, Şer Cekson, Keti Qriffin, Mir Sorvino, Ellison Anders və Uma Turman kimi məşhur qadınlara eşq yaşayıb.

Rejissor verdiyi müsahibəslərində ailə qurmamasl barədə bunları deyib:

"Mən demirəm ki, heç vaxt evlənməyəcəm və uşaqlarım olmayacaq. Hələ ki, 60 yaşım tamam olmayıb və məhz belə bir seçim etmişəm. Bu mənim vaxtımdır, film çəkmək üçün yolla gedəcəyəm”.

Bir neçə il sonra isə rejissor daha sərt danışıb:

"Başa düşün ki, film çəkmək üçün özümü hər şeydən məhrum etdim. Mənim nə arvadım var, nə də uşaqlarım... Bütün bu qurbanları bir məqsəd uğrunda vermişəm. Və mən xoşbəxtəm”./publika.az

Xəbər lenti