Xəzər Xəbər

Türkiyəni göz yaşlarına boğan aktyorun SON HALI təəccübləndirdi - FOTO

Şou Biznes | 13:50 • 28 Noyabr 2018
Türkiyəni göz yaşlarına boğan aktyorun

2005-ci ildə məşhur rejissor Çağan İrmağın "Babam ve Oğlum” filmində canlandırdığı Dəniz xarakteri ilə milyonlarla insanın heyranlığını qazanan Ege Tanmanın fotoları yayılıb.

20 yaşlı aktyorun fotoları sosial şəbəkədə maraq doğurub. İnstaqramda Çağan İrmakla fotosunu paylaşan Ege Tanman keçmiş günləri yad edib. O, fotoya "Çağan abi ilə illər sonra "Bizi hatırla” filminin Bursa qalasında qarşılaşdıq. Çox darıxmışdım” sözlərini qeyd edib.

İzləyiciləri aktyorun "Babam ve Oğlum” filmindəki rolunu xatırlayaraq ekran işindən çox təsirləndiklərini və yaratdığı obrazı izlərkən ağladıqlarını etiraf ediblər./Publika.az




Xəbər lenti