Xəzər Xəbər

ABŞ ilin ən yaxşı filmini seçdi

Şou Biznes | 12:12 • 28 Noyabr 2018
ABŞ ilin ən yaxşı filmini seçdi

ABŞ-da film tənqidçiləri 2018-ci ilin ən yaxşı filmini seçiblər.

Film Tənqidçilərinin Milli Komitəsi rejissoru Peter Farrell olan "Yaşıl kitab" adlı ekran əsərini ilin ən yaxşı filmi elan edib.

Ekran işində baş rolları Viggo Mortensen, Mahershala Ali, Linda Cardellini ifa ediblər.

Tənqidçilər filmdə rol alan V.Mortenseni ən yaxşı aktyor nominasiyasının qalibi adına layiq görüblər.

Mükafatlandırma mərasimi 2019-cu ilin yanvarın 8-də NBR Mükafatlarının konserti zamanı olacaq.

Qeyd edək ki, filmin müzakirəsi zamanı irqçi çıxışlar edən V.Mortensen səsləndirdiyi fikirlərə görə üzr istəyib.(report.az)

Xəbər lenti