Xəzər Xəbər

Acun üçüncü arvadından da RƏSMƏN BOŞANDI

Şou Biznes | 15:56 • 26 Noyabr 2018
Acun üçüncü arvadından da RƏSMƏN BOŞANDI

Keçən ilin sentyabr ayında Fransanın Marsel şəhərində evlənən Acun Ilıcalı ilə Şeyma Subaşı rəsmən boşanıb.

Məhkəmə iclası 8 dəqiqə davam edib.

Şeyma Subaşının məhkəmə iclasından gülərək çıxması diqqətdən yayınmayıb.

***

Xəbər verdiyimiz kimi, Acun Ilıcalı ilə Şeyma Subaşının boşanma xəbərləri yayılıb.

Tv 8 kanalının direktoru Acun xəbəri təsdiqləyib. O, "Kanal D" ekranlarında yayımlanan "2-ci Sayfa" proqramına "Boşanırıq, xəbərlər doğrudur" , - deyə açıqlama verib.

***

Keçən ilin sentyabrında Fransanın Marsel şəhərində rəsmi nikaha daxil olan aparıcı Acun Ilıcalı və Şeyma Subaşı boşanır.

Sankt-Tropezdə özlərinə ehtişamlı toy edən cütülüyn ayrıldığı iddia olunub. Bir müddətdir münasibətlərinin korlandığı deyilən Acun Ilıcalı ilə Şeyma Subaşının boşanma məsələsini günlərlə müzakirə etdikdən sonra dost qalaraq ayrılmağa qərar verdikləri bildirib. Cütlüyün bu gün razılaşdırılmış olaraq ayrılacağı deyilir.

Onlar hələ ki, çıxan xəbərlərlə bağlı heç bir açıqlama verməyib.

Xatırladaq ki, aparıcı və prodüser iki dəfə rəsmi nikahda olub. Onun ilk nikahından bir, ikinci nikahından isə 2 qızı var. TV 8 kanalının direktorunun Şeyma Subaşı ilə olan qeyri-rəsmi nikahından da daha bir qızı dünyaya gəlib. Cütlük arasında 20 yaş fərqi var.

Xatırladaq ki, Şeyma Subaşı toyunda 4 gəlinlik dəyişmişdi. Onun paltarlarının ümumi dəyəri 83 min dollar təşkil edirdi./publika.az

Xəbər lenti