Xəzər Xəbər

“Uşaq Avroviziya-2018” mahnı festivalı iştirakçılarının onlayn səsverməsi başlayıb

Şou Biznes | 09:09 • 24 Noyabr 2018
“Uşaq Avroviziya-2018” mahnı festivalı iştirakçılarının onlayn səsverməsi başlayıb

"Uşaq Avroviziya-2018” mahnı festivalının rəsmi saytında tamaşaçıların onlayn səsverməsi başlayıb.


Səsvermə müsabiqənin rəsmi açılışına qədər noyabrın 25-i 18:00-dək davam edəcək. Final günü sonuncu iştirakçının ifasından sonra isə səsvermə 15 dəqiqə ərzində yenidən aktiv olacaq, daha sonra həmin səslər müsabiqənin səs hesablayan heyətinə təqdim ediləcək. Səsvermədə 3-5 iştirakçını seçmək mümkündür.


Noyabrın 25-də "Minsk Arenada” Azərbaycan, Ukrayna, Portuqaliya, Qazaxıstan, Albaniya, Rusiya, Niderland, Belarus, İrlandiya, Serbiya, İtaliya, Avstraliya, Gürcüstan, İsrail, Fransa, Makedoniya, Ermənistan, Uels, Malta və Polşa təmsilçiləri beynəlxalq mahnı müsabiqəsinin final mərhələsində çıxış edəcəklər.


Xatırladaq ki, "Uşaq Avroviziya-2018” mahnı festivalında Azərbaycanı Fidan Hüseynova təmsil edir. (AZƏRTAC)

Xəbər lenti