Xəzər Xəbər

Beren Saat seriala kiminlə çəkiləcək?

Şou Biznes | 16:43 • 22 Noyabr 2018
Beren Saat seriala kiminlə çəkiləcək?

Aktrisa Beren Saatın rol alacağı serialın adı açıqlanıb.

Uzun müddətdir ekranlardan uzaq düşən aktrisa "Krallar Kaybederse” internet serialında yer alacaq.

Bundan əlavə, Beren ekran işində digər baş rol iştirakçısını da özü seçib. O, layihədə aktyor Mehmet Günsürlə iştirak etmək istədiyini qeyd edib.

Artıq "Netflix” serial platforması hər iki ulduzla müqavilə bağlayıb və çəkilişlərin bir neçə həftə sonra baş tutacağı qeyd edilib.(qafqazinfo.az)

Xəbər lenti