Xəzər Xəbər

Bred Pittlə Ancelina Coli razılığa gəldi

Şou Biznes | 15:39 • 22 Noyabr 2018
Bred Pittlə Ancelina Coli razılığa gəldi

Onların ortaq bir nəticəyə gəldikləri qeyd olunub.

2016-cı ilin dekabrında boşanan Hollivud ulduzları Ancelina Coli və Bred Pitt valideynlik hüququ mövzusunda razılığa gəliblər.

Bu barədə "The Blast” portal məlumat yayıb.

"Brangelina” kimi tanınan ailə üzvləri valideynlik savaşının övladlarına təsir etdiyini anlayaraq görüşüblər və məsələni müzakirə ediblər.

Görüşün təfərrüatı mətbuata bilinməsə də, onların ortaq bir nəticəyə gəldikləri qeyd olunub.

Xatırladaq ki, Ancelina 6 övladını himayəsinə götürdüyü, Pittə övladlarını göstərmədiyi iddia olunmuşdu.(qafqazinfo.az)

Xəbər lenti