Xəzər Xəbər

İbrahim Tatlıses Sibel Canın konsertində

Şou Biznes | 11:59 • 12 Oktyabr 2018
İbrahim Tatlıses Sibel Canın konsertində
Dünən türkiyəli müğənni Sibel Can İzmir şəhərində konsert verib.

Konserti izləməyə gələnlərin arasında məşhur müğənni İbrahim Tatlıses də olub.

Sibel Can İbrahim Tatlısesin "Yalan” mahnısını oxuyaraq, onun yanına gedib və "Mənim canım da burda imiş, nə böyük şərəf” deyib. İbrahim Tatlıses özünə göstərilən qayğıdan kövrələrək ağlayıb. İbrahim Tatlısesin ağladığını görən müğənni "ağlamaq olmaz, imperator” deyib.

Qeyd edək ki, İbrahim Tatlısesə 2011-ci ildə silahlı hücum olub. Hücum zamanı müğənni başından güllə yarası alıb və hələ də tam sağalmayıb./AzNews.az

Xəbər lenti