Xəzər Xəbər

Enrike İqlesias ilk dəfə tennisçi sevgilisindən danışdı: “Ehtiras azalmayıb”

Şou Biznes | 17:08 • 10 Oktyabr 2018
Enrike İqlesias ilk dəfə tennisçi sevgilisindən danışdı: “Ehtiras azalmayıb”

Enrike İqlesias ilk dəfə rus sevgilisi Anna Kurnikova ilə intim həyatı haqqında suallara cavab verib.

Publıika.az xarici mətbuata istinadən xəbər verir ki, keçən ilin dekabrında ilk dəfə əkiz anası olan sabiq-tennisçi hamiləliyini hər kəsdən gizlədirdi. Ümumiyyətlə cütlük öz şəxsi həyatını həmişə mətbuatdan uzaq saxlamağa üstünlük verirdi. Bu səbəbdən müğənninin yaxınlarda Britaniyanın "The Sun” qəzetinə verdiyi müsahibəsi çoxları üçün gözlənilməz olub.

Qastrol səfərlərinə çıxan İqlesias konsert turu çərçivəsində mətbuat nümayəndələrinin suallarına cavab verməyə razılaşıb. Söhbət zamanı müğənni uşaqlarının dünyaya gəlməsinin onların cinsəl həyatına necə təsir etməsi haqqında danışıb:

"Seks və ehriras azalmayıb. Bəlkə də ehtiraslı gecələrimiz daha da artıb... Hər cütlük kimi bizim də münasibətlərimizin zaman-zaman eniş-yoxuşları olur. Hər şey ideal deyil, lakin münasibətlərimiz əladır”.

Xatırladq ki, 43 yaşlı Enrike yayda "Hola” jurnalına verdiyi müsahibəsində sevgilisini "super ana" hesab etdiyini və uşaqlarının qayğısına qalmasına heyran olduğunu açıqlamışdı. İndi isə ulduz öz sözlərini təsdiq edib:

"Annanın necə gözəl bir anaya çevrildiyini, analıq instinktinə tabe olmasına və analıq vəzifəsini məmnuniyyətlə yerinə yetirməsini izləmək inanılmaz dərəcədə gözəldir”

Enrike istisna etmir ki, onun qastrol turu sonuncu ola bilər. Müğənni yeni məşğuliyyətlər axtarmağa və bütün vaxtını ailəsinə həsr etməyə hazırdır:

"Desəm ki, konsert fəaliyyətinin tamamlanması haqqında düşünmürəm, yalan danışmış olaram. Mümkündür ki, bu, yaxın gələcəkdə baş verəcək”.

Xəbər lenti