Xəzər Xəbər

51 yaşlı Xalq artisti cavan qalmaq üçün nə edir?

Şou Biznes | 13:28 • 5 Oktyabr 2018
51 yaşlı Xalq artisti cavan qalmaq üçün nə edir?

51 yaşlı Xalq artisti Məleykə Əsədova gözəllik sirlərini paylaşıb.

Artist bir neçə gün əvvəl "Milyonluq quş” filminin qala gecəsində iştirak edib. Aktrisa kamera qarşısına keçərək poza verib. Yaradıcılıq planlarından danışan M.Əsədova yeni mövsümdə tamaşaçıları "Mənim günahım” və "Cəhənnəm sakinləri” tamaşaları ilə sevindirəcəyini bildirib:

"30 ildən çoxdur ki, səhnədəyəm, bir gün də fasilə vermədən işləyirəm. Tamaşaçıların alqışları, çiçəkləri, sevgisi və diqqəti məni bu yerə çatdırıb. Teatrda oynadığım tamaşalara dəfələrlə gəlib baxırlar, hətta Rusiya, İran və Türkiyədən gələn tamaşaçılarım var. Məni bu gözəllikdə, bu ruhda saxlayan, yaşdan və ruhlandıran tamaşaçı sevgisidir. Həm bir aktrisa kimi, həm də bir insan kimi onların sevgisinə layiq olmağa çalışıram. Allahıma şükür edirəm ki, məni qədər istedadlı yaradıb.

Oxucuları oktyabrın 7-də "Mənim günahım” tamaşasını izləməyə dəvət edirəm. Burada balerina Nurcahan xanımın obrazını canlandırmışam. Oktyabrın 19-da isə "Cəhənnəm sakinləri” tamaşasını oynayacam. Bu əsərdəki rolum bu günə qədər ifa etdiyim rollardan çox-çox fərqlənir”.

Aktrisa bir çox azərbaycanlı həmkarlarının Türkiyə film və serial sənayesinə qoşulmaq istəməsinə belə münasibət bildirib:

"Torpağıma, vətənimə və Azərbaycan səhnəsinə o qədər bağlı insanam ki, buranı tərk edib başqa ölkədə yaşaya bilmərəm. Azərbaycanın çox güclü teatr məktəbi var. Səyahət etməyi sevsəm də, vətənimi tərk etmək fikrim yoxdur. Biz Konstantin Stanislavski, Nemiroviç Dançenko kimi teatr xadimlərinin məktəbindən bəhrələnmişik. Qardaş Türkiyəni də çox sevirəm, tez-tez xarici ölkələri gəzirəm, dünyanı dolaşıram. Lakin 10 gündən sonra Bakı üçün darıxıram. Bakımı çox sevirəm".

Daha sonra Xalq artisti gözəllik sirlərini bölüşüb. Ulduz bildirib ki, qadını gözəl və gənc saxlayan onun təmiz qəlbidir:

"Qəlbin saflığı insanın üzündə əks olunur, xüsusilə gözlərə. İnsanın gözəlliyi birinci onun mənəviyyatından və qəlbindən başlayır. Anadangəlmə dərim qüsursuzdur. Odur ki, tonal kremə çox ehtiyac duymuram. Lakin çəkilişlərdən və tamaşalardan dolayı hər gün makiyaj etmək məcburiyyətində oluram. Evə gələn kimi makiyajı silirəm. Yayda istirahətdə olanda makiyaj etmirəm, sadəcə nəmləndirici krem çəkirəm. Çəkim illərdir dəyişməz olara qalır. Bunun üçün ağır pəhrizlər saxlamıram. Mən gündə beş dəfə, az-az yerirəm. Daha çox meyvə-tərəvəzə üstünlük verirəm”./publika.az

Xəbər lenti