Xəzər Xəbər

34 yaşlı Aslı Enver: “Başdan başlamaq istəmərəm”

Şou Biznes | 12:48 • 3 Oktyabr 2018
34 yaşlı Aslı Enver: “Başdan başlamaq istəmərəm”

34 yaşlı aktrisa Aslı Enver onu heç kimin tanımadığı başqa bir şəhərdə yeni həyata başlamaq istədiyini deyib.

"İstanbullu Gelin”in ulduzu Aslı Enver "L'Officiel” jurnalının üz qabığına çəkilib. və müsahibə verib. O, "Başqa bir yerdə həyata sıfırdan başlamağı düşünürsünüz?” sualına belə cavab verib: Karyerama başqa bir yerdə sıfırdan başlamaq istəmirəm. Çünki yaxşı-pis gəlmiş olduğum bir yol var. Yeni yerdə yeni həyat qurmağa məcbur qalsan, heç kimin səni tanımadığı və beynində sənə qarşı yaxşı fikri və ya pis önyargısı olmadığı bir şəhər yaxşı təsir edə bilər".

Aktrisa Murad Bozla bağlı barışması haqqında suallara cavab verməyib./publika.az

Xəbər lenti