Xəzər Xəbər

Hadisədən qadınlara İRAD: “Sizin kimilərin üzündən...”

Şou Biznes | 13:07 • 2 Oktyabr 2018
Hadisədən qadınlara İRAD: “Sizin kimilərin üzündən...”

Ailəsi ilə yaşadığı qalmaqallardan dolayı gündəmdən düşməyən müğənni Hadisə hesab edir ki, qadının ən böyük düşməni həmcinsləridir.

Baş məşqçi Fatih Terimin stilist qızı Buse Terim instaqramda şəkillərinə yazılan "Ayı kimi olmusan” məzmunlu mənfi şərhlərə üsyan edib. Buse Terimə ilk dəstək müğənni Hadisədən gəlib və fikirlərini belə ifadə edib:

"Biz qadınlar bir-birimizə dəstək olmalıyıq. Dünyada qadın həmrəyliyi bu qədər gündəmdə ikən, ölkəmizdə hələ də qadın qadının ən böyük düşmənidir. Bir qadının başqa qadına "ayı” deməsini necə izah etmək olar. Sizin kimi şərh yazanların üzündən neçə gənc qız özünü zorla başqa birinə çevirmək istəyir. Susmayacağım, bu məsələdə həmfikir olan qadınlardan eyni dəstəyi gözləyirəm"./publika.az

Xəbər lenti