Xəzər Xəbər

54 yaşlı Monika Belluççi yarımşəffaf cazibəli libasda

Şou Biznes | 11:35 • 1 Oktyabr 2018
54 yaşlı Monika Belluççi yarımşəffaf cazibəli libasda

İtaliyada Milan Moda Həftəsi keçirilməsinə baxmayaraq, Monika Belluççi Fransanın Dinar kurort şəhərində keçirilən sayca 29-cu Dinard Film Festivalında iştirak edib.

Adətən "qara dul” obrazında görməyə alışdığımız aktrisa bu dəfə də öz imicinə sadiq qalıb. Lakin kino ulduzu qırmızı xalçaya daha cazibəli geyimdə çıxıb. O, daha cəsarətli davranaraq festival üçün trasparan libas seçib.

Aktrisa qara bodinin üzərindən döşəməyə qədər uzanan yarımşəffaf paltar geyinib. Ulduz zərif obrazına kiçik bir çanta əlavə edib. O, görüntüsünü sadə makiyaj və səliqə ilə toplanmış romantik saç düzümü ilə tamamlayıb.

Yeri gəlmişkən, bu il Monika Dinard Film Festivalının münsiflər heyətinə daxil olub. Müraciətdə Belluççi ekran işlərindən gözləntilərindən danışıb və bütün iştirakçılara uğurlar arzulayıb.

Qeyd edək ki, dünən Minika Belluççinin 54 yaşı tamam olub./publika.az





Xəbər lenti