Xəzər Xəbər

Məşhur aktyor vəfat etdi FOTO

Şou Biznes | 13:20 • 30 Sentyabr 2018
Məşhur aktyor vəfat etdi

Türkiyənin tanınmış aktyorlarından olan Mehmet Uslu gecə saatlarında həyatını itirib.

Ekranların sevilən və populyar simalarından sayılan aktyor uzun illərdir ağciyər xərçəngindən əziyyət çəkirdi. 57 yaşında dünyasını dəyişən aktyor "Fatmagülün Günahı Nə?" və digər bir çox ekran əsərlərində müxtəlif obrazlar canlandırıb.

Çox sayda serialda və filmlərində rol alan sevilən aktyor Məmməd Uslunun vəfat xəbərini isə onun müğənni dostu Onur Akay yayıb.

Ağciyər xərçəngi ilə döyüşən dəyərli aktyor Türkiyədə İstanbul Maltepe Dövlət Xəstəxansında vəfat edib. Aktyorun bu gün öz vətəni Akşehirdə torpağa tapşırılacağı bildirilib.

Aktyor Mehmet Uslu 24 Aprel 1961 tarixində Akşehirdə dünyaya gəlib./publika.az

Xəbər lenti