Xəzər Xəbər

Hadisənin “O Səs Türkiyə” də geyindiyi paltarın qiyməti dodaq uçuqlatdı - FOTO

Şou Biznes | 15:49 • 28 Sentyabr 2018
Hadisənin “O Səs Türkiyə” də geyindiyi

Məşhur müğənni Hadisə "O Səs Türkiyə”nin yeni mövsüm çəkilişləri üçün seçdiyi paltarın qiyməti dodaq uçuqladıb.

Son vaxtlarda gündəmdən düşməyən məşhur müğənni bu dəfə paltarının qiyməti ilə diqqət çəkib. Artıq modelyer bacsı ilə işləməyən Hadisə "O Səs Türkiyə” verilişinin ilk mövsüm çəkilişlərində "Gucci” brendindən 10 min 500 TL-lik (təxminən 4500 manat) paltar geyinib.

Xatırladaq ki, keçən ay Hadisənin anası vida məktubu yazaraq intihara cəhd etmişdi. Gülnihal qızlarının aralarındakı pul məsələlərindən və mübahisələrdən bezdiyini yazaraq onları layiqli övlad ola bilməməkdə ittiham etmişdi. Bundan sonra Hadisə bacısı Hülya və Derya Açıkgözlə çalışmayacağını elan etmişdi./publika.az


Xəbər lenti