Xəzər Xəbər

Əmlakları müsadirə edilən məşhur cütlük BOŞANIR

Şou Biznes | 14:19 • 11 Sentyabr 2018
Əmlakları müsadirə edilən məşhur cütlük

Türkiyəli məşhur müğənni Demet Akalın əmlakı müsadirə olunan həyat yoldaşı Okan Kurtdan ayrılır.

XəzərXəbər Türkiyə mediasına istinadən xəbər verir ki, cütlük bu gün məhkəmə qarşısına çıxacaq.

Qeyd edək ki, son illər O.Kurtun ailə şirkəti "Martaş Lojistik"in 150 milyon türk lirəsi borcu yaranıb. Borc ödənmədiyi üçün onun əmlakı müsadirə edilib. Hətta bu günlərdə cütlüyün Beykozda yerləşən evlərindəki əşyalar müsadirə olunub.

Həyat yoldaşının külli miqdarda borcunun olduğu barədə açıqlama verən D.Akalın çətin günlər keçirdiyini bildirib.

"Adam oğru deyil, sadəcə borcu var. Ciddi borcu var, ödəyirlər. Allah kömək olsun. Hamımız psixoloji olaraq təsirləndik. Bir-iki həftə çətin günlər keçirdik, amma indi yaxşıyıq. Mənim və həyat yoldaşımın mülkləri ayrıdır, amma xeyli çətin günlər keçirdik”.

Qeyd edək ki, cütlük 2012-ci ildə aprelin 23-də ailə qurub./publika.az

Xəbər lenti