Xəzər Xəbər

Hadisə səkkiz addımda ailəsini sildi FOTOLAR

Şou Biznes | 18:07 • 10 Sentyabr 2018
Hadisə səkkiz addımda ailəsini sildi

Türkiyəli ifaçı Hadisə ötən gün bacılarını (Derya və Hülya) və qardaşı Murat Açıkgözü "Instagram”daizləmədən çıxarıb.

Oxu.Az xəbər verir ki, o, bunu ört-basdır etmək üçün izlədiyi şəxslərin sayını sıfıra endirib.

Belçikada doğulub-böyüyən Hadisə 2003-cü ildə qatıldığı mahnı yarışması ilə məşhurlaşandan sonra son 10 ildir Türkiyədə yaşayır.

Komandası isə ailəsindən ibarət idi. Maliyyə işləri və əmlak məsələlərinə bacısı Hülya və qardaşı Murat baxırdı. Bacısı Derya isə onun stilisti idi.

İki ay öncə anaları Gülnihal Açıkgözün intihara cəhdindən sonra ailə dağıldı.

Hadisə iyuldan etibarən qərarlar aldı və səkkizaddımda ailəsini sildi.

1. Öncə maliyyə məsələlərini Hülya və Muratdan aldı.
2. Hülya Açıkgözü"Üzərimdən haqsız qazanc əldə edib” deyərək məhkəməyə verdi.
3. Modelyer bacısı Deryaya artıq birlikdə işləməyəcəklərini deyib, maddi dəstəyini kəsdi.
4. Ailəsinə yaxın yaşadığı evdən köçdü.
5. Bacılarını və qardaşlarını "Instagram”da izləmədən çıxarıb, bütün fotolarını sildi.
6. Ortaq çalışdıqları bütün işlərdən geri çəkildi.
7. Araya girən ata-anasına "Məni maddi-mənəvi zərərə saldılar” deyərək sərt reaksiya verdi.
8. Özünə professional yeni komanda qurur.

Qeyd edək ki, Hadisə bacısı Dəryaya görə brendlərin birinə 250 min avro cəza ödəmək məcburiyyətində qalıb. Bacısı Hülya Açıkgözün açdığı "La Plaj” üçün isə ikimilyon lirə xərcləmişdi.

Onu da bildirək ki, qardaşı Murat Hadisəni "Instagram”dan silsə də, bacıları izləməyə davam edir.

Xəbər lenti