Xəzər Xəbər

Ebru Gündeşin başı bəlada: 50 min...

Şou Biznes | 14:26 • 6 Sentyabr 2018
Ebru Gündeşin başı bəlada: 50 min...

Ebru Gündeşin "Annem için" mahnısı başına bəla olub.

Söz və musiqisi Sezgin Büyüke aid olan mahnının "Ölmüş Bil" adlı əsərdən plagiat olduğu üzə çıxıb.

"Ölmüş Bil" adlı əsərin müəllifi Əhməd Çakır Sezgin Büyüklə Ebru Gündeşi məhkəməyə verib.

Müəllif Hüquqlarının pozulması ərizəsi ilə məhkəməyə müraciət edən Əhməd Çakır Ebrudan və Sezgin Büyükdən 50 min lirəlik təzminat istəyib./publika.az

Xəbər lenti