Xəzər Xəbər

Daha bir münsif “O Səs Türkiyə”dən getdi

Şou Biznes | 14:49 • 4 Sentyabr 2018
Daha bir münsif “O Səs Türkiyə”dən getdi

Yıldız Tilbe "O Səs Türkiyə” musiqi yarşmasının növbəti mövsümündə münsif kürsüsünsə əyləşməyəcək.

İfaçı bu barədə tvitterdə məlumat verib. O, "O Səs Türkiyədə yoxam, olsun. Təşəkkür edirəm və uğurlarının daimi olmasını arzulayıram” deyə tvit atıb.

Qeyd edək ki, maraqla gözlənən "O Səs Türkiyə” yarışmasında yeni mövsümdə böyük dəyişikliklər baş verəcək. 5 mövsümdür münsif üzvlüyü edən Gökhan Özoğuz da keçən ay müsabiqədən uzaqlaşdığını elan etmişdi. Tilbenin yerinə kimin gələcəyi isə yaxın günlərdə bəlli olacaq.

Tanınmış aparıcı Beyazıt Öztürk yeni mövsümdə yarışmanın münsif heyətinə daxil olacaq. Öztürk musiqi savadı olmadığı üçün onu tənqid edənlərə bu cavab verib: "Başladıqdan sonra, bir az gözlədikdən sonra şərh bildirməlidirlər"./publika.az




Xəbər lenti