Xəzər Xəbər

İki il davam edən toyda 5 gəlinlik dəyişdi - FOTO

Şou Biznes | 15:28 • 1 Sentyabr 2018
İki il davam edən toyda 5 gəlinlik dəyişdi -

Məşhuri britaniyalı bloqer Reyçel Uordun toyu unikal olub. Belə ki, toy mərasimi iki il davam edib.


Milli.Az The Sun-a istinadən bildirir ki, 2 ildə 5 dəfə keçirilmiş nikah və ziyafətlərdə 27 yaşlı Reyçel 5 gəlinlik geyinib.


Çeşir qraflığından olan Reyçel Uordun Tomas Uordla ilk nikah və toyu 2017-ci ilin noyabrında Maldiv adalarında olmuşdu.


Bu ilin iyun, iyul və avqust aylarında isə yeni nikah və toy mərasimləri keçirilib.


Reyçel Uordun dediyinə görə, 5 gəlinlik paltarına 50 min funt-sterlinq xərcləyib.

Xəbər lenti