Xəzər Xəbər

Bergüzar Korel xüsusi gecədə libası ilə GÖZ QAMAŞDIRDI

Şou Biznes | 12:48 • 29 Avqust 2018
Bergüzar Korel xüsusi gecədə libası ilə GÖZ QAMAŞDIRDI

Bergüzal Korel qüsursuz stili ilə göz qamaşdırıb.

Dünən kino ulduzunun 36 yaşı tamam olub. Bu münasibətlə aktrisanın əri Halit Ergenç Korel üçün lüks restoranı bir gecəlik bağlatdırıb.

Halit Ergençin təşkil etdiyi ad günü ziyafətində kino ulduzlarının yaxın dostları da iştirak edib. Halit Ergenç qonaqlardan xahiş edib ki, ziyafətdə çəkilən şəkilləri sosial şəbəkədə paylaşmasınlar. Lakin mətbuat nümayəndələrinin qapıda olduğunu bilən cütlük fotoqraflara poza verib və gecə ilə bağlı təəssüratlarını bölüşüb.

Korel 5 il sonra ad gününü qeyd etdiyini deyib: "İnsan 5 il doğum gününü qeyd etməyəndə belə mərasimlər üçün darıxır”.

Müxbirlərin "Halit Ergenç sizə nə hədiyyəsi aldı” sualına isə aktrisa "Biz o işi həll etdik, bizim üçün özəldir" deyərək cavab verib.

Müxbirlərin "Halit bəy romantik deyil" sualına isə Korel gülüb və "Çox romantikdir, həqiqətən” deyərək cavab verib./publika.az

Xəbər lenti