Xəzər Xəbər

Acun sevimlisini “O Səs Türkiyə”yə GERİ QAYTARDI

Şou Biznes | 16:49 • 9 Avqust 2018
Acun sevimlisini “O Səs Türkiyə”yə

Xəbər verdiyimiz kimi, Gökhan Özoğuz və Yıldız Tilbe "O Səs Türkiyə” musiqi yarışmasının münsifliyindən gedib.

Münsif üzvlərindən birinin yerinə gələn məşhurun adı açıqlanıb. Məlum olub ki, müsabiqədə 3 mövsüm münsif üzvlüyü edən Ebru Gündeş "O Səs Türkiyə”yə geri qayıdacaq.

Xatırladaq ki, E.Gündeş həyat yoldaşı Rza Zərrab Amerikada həbs olunduqdan sonra çətin günlər keçirdiyi üçün adıçəkilən yarışmadan getməyə qərar vermişdi.

Gökhan Özoğuz isə verilişdən ayrılığını sosial şəbəkədə belə ifadə edib: "Məni olduqca həyəcanlandıran bir layihə ilə paralel zamanda başlayacaq albom işləri və konsertlərdən dolayı 5 ildir iştirak etdiyim "O səs Türkiyə”də yer almayacam. Bütün komandaya, Acun Ilıcalıya və jüri yoldaşlarıma təşəkkür edirəm”./publika.az

Xəbər lenti