Xəzər Xəbər

Azərbaycan “Avroviziya-2018”də təmsil olunacaq

Şou Biznes | 09:23 • 27 İyul 2018
Azərbaycan “Avroviziya-2018”də təmsil olunacaq

Azərbaycan qısa fasilədən sonra yenidən "Avroviziya” uşaq mahnı müsabiqəsinə qayıdır.


Müsabiqənin mətbuat xidmətindən bildiriblər ki, noyabrın 25-də Minsk şəhərində keçiriləcək "Avroviziya-2018” uşaq mahnı müsabiqəsində iştirak edəcəyini rəsmi şəkildə təsdiq edən ölkələrin sayı 19-a çatıb. Azərbaycanla yanaşı, Albaniya, Avstraliya, Belarus, Fransa, Gürcüstan, İtaliya, İsrail, Qazaxıstan, Portuqaliya, Polşa, İrlandiya , Serbiya, Rusiya və digər ölkələr müsabiqədə iştirak edəcəklər.


Mahnı müsabiqəsi 15 min tamaşaçı yeri olan "Minsk Arena”da baş tutacaq.


Azərbaycanı təmsil edəcək iştirakçının adı yaxın vaxtlarda müəyyən olunacaq.

Xəbər lenti