Xəzər Xəbər

İnstagram-da kim nə qədər pul qazanır? - FANTASTİK RƏQƏMLƏR

Şou Biznes | 11:50 • 26 İyul 2018
İnstagram-da kim nə qədər pul qazanır? -

ABŞ-ın ən populyar modellərindən biri Kayli Cenner İnstagram-da ən populyar sima oldu.


Milli.Az TMZ-yə istinadən bildirir ki, 20 yaşlı K.Cennerin İnstagram-dakı profilinin daimi təqibçilərinin sayı artıq 110 milyonu keçib. Beləliklə, amerikalı supermodel İnstagram-ın populyarlıq reytinqində Selena Qomes və bacısı Kim Kardaşyandan sonrakı yeri tutub.


Selena Qomesin profilinin 139 milyon daimi təqibçisi var.


K.Cenner bu minvalla İnstagram-dakı profilində 1 reklam paylaşımı üçün 1 milyon dollar almağa başlayıb.


S.Qomesin profilində bu qiymət 800 min dollardır.


Madrid "Real"ından İtaliyanın "Yuventus" klubuna keçmiş Kriştianu Ronaldu isə 1 reklam paylaşımı üçün 750 min dollar alır.


K.Cenner İnstagram-dan istifadə edən şou-biznes mənsubları arasında ən çox gəlir əldə edən şəxsdir.


İnstagram-dakı profilində 1 reklam paylaşımına görə ən çox pul alan məşhurların reytinqinin ilk beşliyi belədir:


1. Kayli Cenner - 1 milyon dollar


2. Selena Qomes - 800 min dollar


3. Kriştianu Ronaldu - 750 min dollar


4. Kim Kardaşyan - 720 min dollar


5. Beyonse - 700 min dollar

Xəbər lenti