Xəzər Xəbər

"Kedicik"dən Acunla bağlı ŞOK AÇIQLAMA: "Adnan Oktarın..."

Şou Biznes | 10:19 • 13 İyul 2018
"Kedicik"dən Acunla bağlı ŞOK AÇIQLAMA:

Həbs edilən din xadimi Adnan Oktarın təşkilatından qaçan keçmiş "kedicik” Ceylan Özgül "TV8” kanalının rəhbəri, aparıcı və iş adamı Acun Ilıcalı ilə bağlı şok açıqlama verib.

C.Özgül sosial media hesabından etdiyi paylaşımda iddia edib ki, Acun Ilıcalı Adnan Oktarın müridi olub.

O, paylaşımında "Sanıram "TV8” də bir xəta olub və yayım kəsilib. Acun Ilıcalı da keçmiş mürid kimi anlatdıqlarımı təsdiq edəcək” sözlərini yazıb.

Qeyd edək ki, Adnan Oktar və onun 234 müridinə qarşı istintaq əməliyyatları davam edir. Hazırda təşkilatın 170 üzvü həbs edilib. Onlardan 70-i Adnan Oktardan polisə şikayətçi olub./publika.az

Xəbər lenti