Xəzər Xəbər

Müğənni küçədə yuxuladı, 1 milyon ziyana düşdü

Şou Biznes | 12:22 • 6 İyul 2018
Müğənni küçədə yuxuladı, 1 milyon ziyana düşdü

Rusiyalı müğənni Sergey Penkin Moskva küçələrində soyğunçuların qurbanı olub.

Modern.az "Moskva” agentliyinə istinadən xəbər verir ki, müğənni polisə naməlum şəxslərin onun içkili vəziyyətdə olduğundan istifadə edərək soyması barədə müraciət edib.

Müğənninin iyulun 5-də polisə müraciət edib və iyulun 1-də içkili olduğu üçün "Kuznetskiy most” küçəsində skamyada yuxuya getdiyini bildirib.

"Onun yuxulu olmasından istifadə edən naməlum şəxs və ya şəxslər üzərində olan qızıl zinətəşyalarını, telefonunu və 30 min rubl (810 AZN) pulunu oğurlayıblar. Soyğunçular Penkinin üzərindən "iPhone X” telefonu ilə yanaşı qızıl ikona və xaçlı sepini, üzüyünü və qol saatını çıxarıb daha sonra gözdən itiblər” – polisdən hadisə ilə bağlı bildirilib.

Müğənniyə dəymiş zərər ümumilikdə 1 milyon 10 min rubl (27min 265 AZN) dəyərində qiymətləndirilir.

Qeyd edək ki, hadisə ilə bağlı külli miqdarda oğurluq faktı üzrə cinayət işi açılıb və cinayətkarın axtarışları davam etdirilir.

Xəbər lenti