Xəzər Xəbər

Türkiyənin məşhur sənətçisi barəsində istintaq açıldı

Şou Biznes | 12:21 • 4 İyul 2018
Türkiyənin məşhur sənətçisi barəsində istintaq açıldı

Türkiyənin tanınmış sənət ustası Berna Laçin barəsində istintaq başladılıb. Buna səbəb onun sosial media vasitəsilə paylaşdığı statusdur.

İstanbul Anadolu Respublika Baş Prokurorluğunun yaydığı yazılı açıqlamada deyilir ki, Berna Laçin barəsində "xalqın dini dəyərlərini təhqir etmə" maddəsi ilə istintaq başladılıb.

Prokurorluq hesab edir ki, türkiyəli sənətçinin "bernalacin35" adlı Twitter hesabından 03.07.2018 tarixli 13:00 radələrində paylaşılan tvitdə xalqın dini dəyərləri alçaldılıb.

Qeyd edək ki, Berna Laçin Azərbaycanda "Procter&Gamble” (P&G) şirkətinin istehsal etdiyi "FAİRY" məhsulu üçün hazırlanan reklam rolikində çəkilməsi tanınır./FaktXəbər

Xəbər lenti