Xəzər Xəbər

İbrahim Tatlısəsin özündən 30 yaş kiçik xanımı: "Onunla atamın boşluğunu doldurmuşam"

Şou Biznes | 14:32 • 30 İyun 2018
İbrahim Tatlısəsin özündən 30 yaş kiçik xanımı:

Türkiyəli məşhur müğənni İbrahim Tatlısəsin keçmiş həyat yoldaşı Ayşəgül Yıldız onunla evliliyindən danışıb.

 İ.Tatlısəslə 2011-ci ildə evlənib, iki il sonra boşanan A.Yıldız onunla atasının boşluğunu doldurduğunu deyib.

"İbrahim bəylə atamı itirməmişdən 1 il əvvəl tanış oldum. İndi anlayıram ki, atamın boşluğunu onunla doldurmağa çalışmışam”-deyə, A.Yıldız bildirib.

A.Yıldız 16 yaşında İ.Tatlısəslə tanış olub, uzun müddətli münasibətdən sonra evləniblər. Cütlük arasında 30 yaş fərq var.

Bununla yanaşı o, Tatlısəslə evliliyindən peşman olmadığını deyib: "Bu qədər yaş fərqi təbiət qanunlarına ziddir. Artıq belə münasibətlər görəndə "davam etməyəcək” deyirəm. İbrahim bəy isə çox dinamik insandır, hər kəsin yaşına uyğun davrana bilir”./publika.az

Xəbər lenti