Xəzər Xəbər

Sevgilisi kimi paylaşdı, şəkli “Google”dan götürübmüş

Şou Biznes | 14:20 • 29 İyun 2018
Sevgilisi kimi paylaşdı, şəkli “Google”dan götürübmüş

Ötən gün rəqqasə Oksana Rəsulova instaqram səhifəsində sevgilisi ilə əl-ələ çəkdirdiyi fotonu bölüşüb. O, həmin paylaşıma "Nə yaxşı ki, varsan, həyatımdasan” yazıb.


XəzərXəbər xəbər verir ki, rəqqasənin bu addımı sosial şəbəkələrdə müzakirə olunub və izləyicilər həmin şəxsin kimliyi ilə maraqlanıb. Bəziləri Oksananın eks-əri Elşad Xosenin acığına bu paylaşımı etdiyini, digərləri isə şəklin, ümumiyyətlə, real olmadığını iddia ediblər.


Bu məqamda qeyd edək ki, redaksiyamıza da O. Rəsulovanın həmin fotonu "Google”dən yükləməsi ilə bağlı zənglər olub.


Məsələyə aydınlıq gətirmək üçün sözügedən şəkli "Google”nun foto bölməsində axtarışa verdik və iddiaların doğru olduğunu gördük./"Qafqazinfo”

Xəbər lenti

Çox oxunanlar