Xəzər Xəbər

İyulda İstanbula gələcək Şakiranın YEMƏK İSTƏKLƏRİ HAMINI ŞOKA SALDI

Şou Biznes | 17:39 • 28 İyun 2018
İyulda İstanbula gələcək Şakiranın

İstanbulda konsert verməyə hazırlaşan Şakiranın tələbləri hər kəsi heyrətə gətirib.

Son albomu ilə eyni adı daşıyan "EL Dorado" turu çərçivəsində dünya şöhrətli ulduz iyulun 11-də, İstanbulda pərəstişkarları ilə görüşəcək. Şakira Türkiyəyə gəlməzdən əvvəl səhnə arxası üçün tələb etdiyi çərəz və içki sifarişləri siyahısı ilə gündəmə gəlib.

Məlum olub ki, müğənni kulis üçün gümüş çəngəl bıçaq dəsti, təzə meyvə, 70 faiz şokolad, xüms, kərəviz sapı, püstə, Antep fıstığı, dilim-dilim kəsilmiş qarpız, tumsuz üzüm, ananas, banan, manqo, avokado, alma, çiy brokkoli, yerkökü və qoz istəyib.

Dünya ulduzu ispaniyalı futbolçu Jerard Pikedən olan oğulları 5 yaşlı Milan və 3 yaşlı Saşanı da özü ilə birlikdə İstanbula gətirəcək.

Özü üçün 70 faiz kakaolu piletka şokolad sifarişi verən sənətçi oğulları üçün təzə çiyələk, portağal və dəniz duzu ətirli şokolad sifariş edib.

Ulduzun sifariş verdiyi içki siyahısına isə bunlar daxildir: su, mineral su, yaşıl tərəvəz suyu, hindqozu suyu və qəhvə.

Pərdə arxasını və hotel otağında bütün mebel və dəsmalların da ağ olmasını istəyən Şakira üçün hazırlıqlar bütün sürətlə davam edir./publika.az

Xəbər lenti