Xəzər Xəbər

46 yaşlı gözələ aşiq olan Cem Yılmaz: “Məhəbbətimiz çox dəyərlidir”

Şou Biznes | 12:59 • 28 İyun 2018
46 yaşlı gözələ aşiq olan Cem Yılmaz:

Cem Yılmaz 46 yaşlı yeni sevgilisi Dəfnə Samyelinə olan heyranlığını dilə gətirib.

Tanınmış komediya ustası "Hello!” jurnalına müsahibə verib. Aktyor müsahibəsində həm şəxsi həyatı, həm də arıqlaması haqqında danışıb:

"Tanışlar və dostlar deyir ki, sevgi müsbət təsir edib, eşqə düşdüyüm üçün idmanla məşğul olmağa başlamışam. Məhəbbət əlbəttə ki, yaxşı təsir edib, çünki xoşbəxtlik gətirir. Xoşbəxt olduğum zaman daha yaxşı görünürəm".

Aktyor Dəfnə Samyelinə duyduğu heyranlığın uzun illər əvvələ söykəndiyini etiraf edib:

"Tanışlığımız 90-cı illərə təsadüf edir. Dəfnəni illərdir uzaqdan tanıyar və heyranlıqla baxardım, amma yaxın dostluğumuz yox idi. Füsunkar insandır. Çox yaxşı anlaşdığım insanla gözəl və yetkin münasibət yaşayıram. Bizim məhəbbətimiz çox dəyərlidir. İkimiz birlikdə olanda özümüzü daha yaxşı hiss edirik".

Qeyd edək ki, Cem Yılmazın Ahu Yağtu ilə olan nikahından 1 oğlu var. Dafne Samyelinin Eren Talu olan nikahından isə 2 qızı var./publika.az

Xəbər lenti