Xəzər Xəbər

Maykl Ceksonun atası ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib

Şou Biznes | 10:11 • 23 İyun 2018
Maykl Ceksonun atası ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib

89 yaşlı amerikalı musiqi meneceri, Maykl və Canet Ceksonların atası Co Cekson xəstəxanaya yerləşdirilib.

Trend-in xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, Cekson xəstəxanaya xərçəngin son mərhələsi (mədəaltı vəzinin xərçənginin dördüncü mərhələsi) ilə yerləşdirilib.

Qeyd olunur ki, bir müddət Cekson xəstəliklə mübarizə aparsa da, həkimlər xərçəngin sağalmaz olduğunu deyiblər.

Xəbər lenti