Xəzər Xəbər

Sinem Kobal Kənan İmirzalıoğlundan danışdı: "Çox zövq alıram"

Şou Biznes | 16:28 • 8 İyun 2018
Sinem Kobal Kənan İmirzalıoğlundan danışdı:

Aktrisa Sinem Kobal həyat yoldaşı Kənan İmirzaloğlu ilə səyahət etməyi çox sevdiyini deyib.

Bir müddətdir ekranlarda görünməyən Sinem Kobal "Mag” jurnalına müsahibə verib. Aktrisa müsahibəsində ərindən söz açıb:

"Çox xoşbəxt və rahatam, nəzər dəyməsin. Hazırda evliliyin və sevgimizin kefini çıxarırıq. Kənanla bir-birimizin işlərinə baxarkən tənqid edirik. Biz bir-birimizə yardımçı olmağı sevirik. Onunla səyahət etməkdən də çox zövq alıram. Birlikdə maraqlı yerlər və mədəniyyətləri kəşf etməyi sevirik. Bəzən də ekspromt kurortlarımız olur, onun da yeri ayrıdır. Bu yay Toskanaya getmək planımız var”./publika.az

Xəbər lenti