Xəzər Xəbər

Burak Özçivitdən Fahriye Evcenə SÜRPRİZ

Şou Biznes | 14:53 • 4 İyun 2018
Burak Özçivitdən Fahriye Evcenə SÜRPRİZ

Burak Özçivit xanımı Fahriye Evcenə evliliklərinin birinci ildönümü münasibətilə sürpriz edib.

Cütlük evliliklərinin birinci ildönümünü qeyd etmək üçün 29 İyunda dəniz turuna çıxacaq. Aktyor bir günlük dəniz turu üçün 35 min TL-yə (təxminən 17 min manat) Cobra Kinq adlı yaxta kirayəlib.

Qeyd edək ki, Türkiyənin ən yaraşıqlı cütlüyü adına layiq görülən ulduzların boşanmaq üzrə olduqları və bu səbəbdən psixoloji dəstək aldıqları iddia olunmuşdu. Ancaq Burakla Fahriye çıxan xəbərləri inkar etmişdi./publika.az

Xəbər lenti