Xəzər Xəbər

Məşhur aktyor futbol klubuna transfer oldu Rəsmi müqavilə

Şou Biznes | 13:41 • 2 İyun 2018
Məşhur aktyor futbol klubuna transfer oldu

Türkiyədə və ölkəmizdə maraqla izlənən "Çukur” serialında "Vartolu” obrazını canlandıran məşhur aktyor Ərkan Kolçak Köstəndil futbol klubu ilə razılığa gəlib.

Aktyor regional qeyri-peşəkar liqa komandası olan "Vəfaspor”la müqavilə imzalayıb.

"Vəfa” liseyində təşkil edilən Kamal Sunal mükafatlarına qatılan aktyor klubun idarə heyəti ilə görüşüb və komandada çıxış etmək istədiyini deyib. Klub da onun istəyini nəzərə alıb və müqavilə imzalayıb.

Bir dövr "Bursaspor” komandasının alt qruplarında qapıçı kimi oynayan 35 yaşlı məşhur fevral ayında sabiq komandası ilə məşqlərə də çıxmışdı./publika.az


Xəbər lenti