Xəzər Xəbər

Məşhur aktrisa irqçi fikirlərinə görə cəzalandırıldı

Şou Biznes | 14:50 • 30 May 2018
Məşhur aktrisa irqçi fikirlərinə görə cəzalandırıldı

Amerika Birləşmiş Ştatlarının məşhur aktrisası Roseanne Barr sosial mediadakı səhifəsində ABŞ-ın sabiq Prezidenti Barak Obamanın xanım məsləhətçisi Valerie Jarreti haqqında irqi ayrı-seçkiliklə bağlı paylaşdığı fikrə görə cəzalandırılıb.

AZƏRTAC xəbər verir ki, aktrisa bu hərəkətinə görə ABC kanalında yayımlanan serialdakı rolundan uzaqlaşdırılıb.

Məsələyə münasibət bildirən Valerie Jarreti bildirib ki, yəqin aktrisa paylaşdığı fikrin mahiyyətini dərk etməyib.

Roseanne Barr isə hərəkətindən peşman olduğunu deyib. O, etdiyi əməli pis zarafat adlandırıb və buna görə üzr istəyib.

Xəbər lenti