Xəzər Xəbər

Nişanlısını unutmaq üçün üzüyünü satdı

Şou Biznes | 13:22 • 29 May 2018
Nişanlısını unutmaq üçün üzüyünü satdı

Məşhur müğənni Meray Keri iki il əvvəl ayrıldığı nişanlısı James Packerdən qalan xatirələri silmək üçün nişan üzüyünü satıb.

"Qafqazinfo” xəbər verir ki, bu barədə "New York Post” qəzeti məlumat yayıb.

Keri üzüyünü gizlicə Los-Ancelesdə yerləşən zərgərlik mağazasında satışa çıxarıb. Bir müddət sonra zinət əşyasına 2.78 milyon dollara alıcı tapılıb..

İfaçının mətbuat nümayəndəsi məsələyə münasibət bildirib. O, üzüyün satıldığını təsdiq edib:

"Meray öz yolunda böyük addım atmaq istəyir. O, neqativ yüklərini arxada buraxmaq arzusundadır. Eks- nişanlısının ona verdiyi üzük də Meraya keçmişi xatırladır”.

Qeyd edək ki, Amerikanın divası avstraliyalı milyarder James Packerlə 2016-ci ildə ayrılıb.

Xəbər lenti