Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Niderland Krallığı
Senatının sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının sabiq
prezidenti, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der
Lindeni qəbul edib.
XəzərXəbər xəbər verir ki, Rene Van der Linden dövlət başçısına prezident seçkilərində qələbəsi münasibətilə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar təbriklərini çatdırıb. Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirib.
Rene
Van der Linden ADA Universiteti ilə birgə hazırlanmış və Azərbaycanın
regionlarının inkişafı, investisiya qoyuluşu, kənd təsərrüfatı,
energetika, təcrübə mübadiləsi, turizm sahələrində əməkdaşlığı nəzərdə
tutan master planın həyata keçirilməsi ilə bağlı gedən işlərdən danışıb.
Prezident İlham Əliyev görülən işlərin önəmini vurğulayaraq əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə ümidvar olduğunu bildirib.