Xəzər Xəbər

Müğənni Tunarın toyudur Yalnız bu şəxslər olacaq

Şou Biznes | 14:33 • 11 May 2018
Müğənni Tunarın toyudur

Sabah bəstəkar-müğənni Tunar Rəhmanoğlunun toyu olacaq.

Tunar bu barədə sosial şəbəkədəki səhifəsində xəbər yayıb. O bildirib ki, paytaxt məkanlarının birində baş tutacaq toyda yalnız kişilər olacaq.

Qeyd edək ki, Tunar Ülviyyə adlı xanımla ailə qurur. Onun ailə qurduğu xanım müəllimə işləyir.

Onu da əlavə edək ki, T.Rəhmanoğlu illər öncə aparıcı Çiçək Vakkasla da nişanlı olub.

Xəbər lenti